Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib
https://parstoday.ir/azeri/news/world-i14194-ermənistan_avrasiya_İqtisadi_İttifaqının_hesabına_inkişaf_edib
Avrasiya İqtisadi İttifaqı ölkələri may ayında keçirilən sammitdə bəyanatla çıxış edərək Ermənistan rəhbərliyini referendum keçirməyə və seçim etməyə çağırıblar
(last modified 2026-08-29T05:52:57+00:00 )
Avq 29, 2026 09:50 Asia/Baku
  • Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib

Avrasiya İqtisadi İttifaqı ölkələri may ayında keçirilən sammitdə bəyanatla çıxış edərək Ermənistan rəhbərliyini referendum keçirməyə və seçim etməyə çağırıblar

Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ölkələri may ayında keçirilən sammitdə bəyanatla çıxış edərək Ermənistan rəhbərliyini referendum keçirməyə və seçim etməyə çağırıblar.

“Mənim fikrimcə, bu, tamamilə ədalətli tələbdir. Bir təşkilatın normaları digərinin normaları ilə uzlaşmır. Bu barədə artıq çox danışılıb”,-deyə Lavrov bildirib.

Lavrov eyni zamanda Ermənistan Baş Naziri Nikol Paşinyanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı mövqeyini şərh edib.

“Elə bu yaxınlarda xəbərlərdə oxudum ki, Nikol Paşinyan referendum barədə Avropa İttifaqına üzvlük üçün müraciət etdikdən, müraciətə reaksiya verildikdən və bu üzvlüklə bağlı “yol xəritəsi” hazırlandıqdan sonra danışmağın mümkün olacağını bildirib. Onun sözlərinə görə, referendum da bundan sonra keçiriləcək. Məncə, bu, erməni seçicilərə, erməni xalqına o qədər də böyük etimadın olmadığını göstərir. Məhz dürüst seçim nümayiş etdirmək lazımdır”, – deyə Lavrov vurğulayıb.