ABŞ sanksiyaları qlobal iqtisadi nizama təhlükə yaradır
https://parstoday.ir/azeri/news/world-i14214-abŞ_sanksiyaları_qlobal_iqtisadi_nizama_təhlükə_yaradır
Çin beynəlxalq hüquqa heç bir şəkildə söykənməyən və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu dəfələrlə açıq şəkildə bəyan edib
(last modified 2026-08-29T09:14:53+00:00 )
Avq 29, 2026 13:02 Asia/Baku
  • ABŞ sanksiyaları qlobal iqtisadi nizama təhlükə yaradır

Çin beynəlxalq hüquqa heç bir şəkildə söykənməyən və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu dəfələrlə açıq şəkildə bəyan edib

ABŞ-nin İrana qarşı başlatdığı iqtisadi müharibə vəziyyətin nizamlanmasına kömək etmir, əksinə, yalnız gərginliyi artırır və dünya maliyyə sisteminin sabitliyini pozmaq təhlükəsi yaradır.

Bu barədə Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Lyu Çan cümə günü TASS-a bildirib.

“Çin beynəlxalq hüquqa heç bir şəkildə söykənməyən və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu dəfələrlə açıq şəkildə bəyan edib”, – deyə diplomatik nümayəndəlik rəsmisi ABŞ-nin İrana qarşı sanksiya siyahısına Çinin logistika şirkətinin daxil edilməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, sanksiya müharibəsi və maksimum təzyiq problemin həlli yolu deyil.

“Əksinə, onlar yalnız gərginliyi artırır və təhdidlərin yayılmasına şərait yaradır. Bu isə dünya iqtisadi və maliyyə nizamının, eləcə də digər ölkələrin qanuni hüquq və maraqlarının pozulmasına gətirib çıxarır”, – deyə səfirliyin mətbuat katibi vurğulayıb