BMT və Təhlükəsizlik Şurasının İrana qarşı təcavüzlə bağlı mövqeyi məyusedicidir
https://parstoday.ir/azeri/news/world-i14248-bmt_və_təhlükəsizlik_Şurasının_İrana_qarşı_təcavüzlə_bağlı_mövqeyi_məyusedicidir
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, BMT və Təhlükəsizlik Şurası qlobal proseslərə münasibətdə daha ədalətli və effektiv mövqe nümayiş etdirməlidir. O, Qəzzə, Livan və İrana qarşı son təcavüzlərlə bağlı qurumun fəaliyyətini “çox məyusedici” adlandırıb.
(last modified 2026-09-01T12:45:27+00:00 )
Sen 01, 2026 16:42 Asia/Baku
  • BMT və Təhlükəsizlik Şurasının İrana qarşı təcavüzlə bağlı mövqeyi məyusedicidir

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, BMT və Təhlükəsizlik Şurası qlobal proseslərə münasibətdə daha ədalətli və effektiv mövqe nümayiş etdirməlidir. O, Qəzzə, Livan və İrana qarşı son təcavüzlərlə bağlı qurumun fəaliyyətini “çox məyusedici” adlandırıb.

 

 Biz Birləşmiş Millətlər Təşkilatına yalnız müəyyən bir tarixi dövrə məxsus və güc balansının dəyişməsi ilə kənarda qala biləcək bir qurum kimi baxmırıq.

 BMT yeni dünyanın reallıqlarını daha yaxşı əks etdirən və beynəlxalq təhlükəsizliyin qorunması, müharibələrin qarşısının alınması və mübahisələrin dinc yolla həlli kimi əsas missiyasını daha səmərəli şəkildə yerinə yetirə bilən quruma çevrilməlidir.

 

 Bu məqsədə nail olmaq üçün BMT və onun Təhlükəsizlik Şurası qlobal proseslərə münasibətdə daha ədalətli və effektiv fəaliyyət göstərməlidir.

Bu gün dünya hərbi təcavüzlər, soyqırımı, müharibə cinayətləri, terrorizm və qanunsuz sanksiyalarla üz-üzədir. BMT və Təhlükəsizlik Şurasının, o cümlədən Qəzzə, Livan və İrana qarşı son təcavüzlə bağlı fəaliyyəti isə çox məyusedicidir.