Lavrov:
Ermənistan Aİ bazarının reallıqları ilə üzləşdikdə üzvlük istəyini itirə bilər
Rusiya XİN rəhbəri Avropa bürokratiyasının hazırda ciddi yüklənmə şəraitində fəaliyyət göstərdiyini və Avropanın iqtisadi üstünlüklərinin itirilməsi prosesinin müşahidə olunduğunu deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) ciddi daxili problemlərlə üz-üzə olduğunu bildirib.
Lavrovun sözlərinə görə, Aİ-yə yeni üzvlərin qəbul edilməsi qurum üçün daha böyük maliyyə yükü, eləcə də əlavə iqtisadi və siyasi problemlər yaradacaq.
Rusiya XİN rəhbəri Avropa bürokratiyasının hazırda ciddi yüklənmə şəraitində fəaliyyət göstərdiyini və Avropanın iqtisadi üstünlüklərinin itirilməsi prosesinin müşahidə olunduğunu deyib.
Lavrov Ermənistanın Aİ-yə üzvlük istəyinə də toxunaraq bildirib ki, erməni həmkarları çox keçmədən bu istəklərini itirə bilərlər:
«Çünki bir gün Ermənistan Aİ bazarının reallıqları ilə üz-üzə qalacaq. Həmin gün uzaqda deyil», – deyə Lavrov vurğulayıb.