TASS:
Vitkoff və Kuşner şənbə günü Moskvaya səfər edəcəklər
Rusiyanın TASS xəbər agentliyi xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner sabah, şənbə günü, sentyabrın 5-də Moskvaya səfər edəcəklər.
Rusiya dövlət xəbər agentliyinin cümə günü adı açıqlanmayan mənbəyə istinadən yaydığı xəbərə görə, Stiv Vitkoff və Jared Kuşner sentyabrın 5-i və 6-da əvvəlcə Moskvaya, daha sonra isə Ukraynanın paytaxtı Kiyevə səfər edəcəklər.
Məlumata görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparan amerikalı nümayəndələr qarşıdakı günlərdə bu istiqamətdə vasitəçilik səylərini gücləndirməyi planlaşdırırlar.
Rusiya mediası həmçinin bildirib ki, Vaşinqtonla Ukrayna tərəfi arasında telefon əlaqələri davam etdirilir.
Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı bildirmişdi ki, Vitkoff və Kuşnerin səfəri üçün ilkin tarixlər artıq müəyyənləşdirilib və bu səfər yaxın vaxtlarda baş tuta bilər.