Lavrov:
Arktikanın hərbiləşdirilməsi narahatlıq doğurur
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Arktikada ABŞ, Norveç və digər ölkələrin keçirdiyi hərbi təlimlərin Moskvanı narahat etdiyini bildirib. O, eyni zamanda Rusiyanın Avropaya hücum planlaşdırdığı barədə iddiaları «gülünc» adlandıraraq, NATO və Avropa İttifaqının təhlükəsizlik məsələsində hərbi blok kimi çıxış etdiyini vurğulayıb
TASS-ın məlumatına görə, Lavrov çərşənbə axşamı axşam bildirib: «Arktikanın hərbiləşdirilməsi siyasəti narahatlıq doğurur. ABŞ, norveçlilər və digər ölkələr orada açıq şəkildə Rusiya Federasiyası ilə müharibəni simulyasiya edən hərbi təlimlər keçiriblər.»
Rusiyanın xarici işlər naziri Moskvanın Avropaya hücum planlaşdırdığı barədə iddiaları da rədd edib və əlavə edib: «Bu, gülüncdür. Bir tərəfdən deyirlər ki, Rusiya məğlub olur və buna görə də Ukraynaya hər vasitə ilə dəstək verməli, bu dəstəyi artırmalı və Ukrayna qalib gələcək. Digər tərəfdən isə iddia edirlər ki, məğlub olmaqda olan Rusiya Avropaya qarşı təcavüz planlaşdırır.»
Lavrov vurğulayıb: «Onlar daim deyirlər ki, Şimali Atlantika Alyansına (NATO) və Avropa İttifaqına üzvlük onların təhlükəsizliyinə zəmanət verir. Bu o deməkdir ki, Avropa İttifaqı hazırda NATO tipli hərbi blokdur.»