ABŞ rəsmisi:
İran Bəhreyndəki ABŞ bazasını ağır şəkildə darmadağın edib
“Pars Today” – ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hanq Kao bildirib ki, İran Bəhreyndəki ABŞ hərbi bazasına ağır zərbələr endirib və mühüm obyektlərdən birinə ciddi ziyan vurub.
“Pars Today”in IRNA-ya istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hanq Kao yerli vaxtla cümə axşamı yayımlanan “The Epoch Times” nəşrinə müsahibəsində bildirib: “Onlar (İran) Bəhreyndəki ABŞ bazasını ağır şəkildə darmadağın etdilər.”
Məlumata görə, o, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Dəstək Fəaliyyətləri Mərkəzinə (NASB) istinad edib. Bu mərkəz ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının və ABŞ-ın 5-ci Donanmasının qərargahı kimi fəaliyyət göstərir.
ABŞ və İsrail rejiminin fevralın sonlarında (1404-cü ilin Esfənd ayı) İrana qarşı təcavüzkar hücumlara başlamasından sonra bu baza Tehran tərəfindən ağır hücumlara məruz qalıb.
ABŞ Hərbi Dəniz Qüvvələri uzun illərdir NASB-dən Qərbi Asiyada əsas logistika və təminat mərkəzi kimi istifadə edir.
Kao bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri hazırda bu mərkəzlə bağlı qarşıdakı variantları nəzərdən keçirir. Bu variantlar arasında obyektin təmir və bərpa edilməsinin zəruri olub-olmaması da var. O əlavə edib ki, məsələni araşdırmaq üçün işçi qrup yaradıb.