Amerikada evsizlərin ölüm sayı 70% artıb
https://parstoday.ir/azeri/news/world-i146-amerikada_evsizlərin_ölüm_sayı_70_artıb
ABŞ-ın Los-Anceles şəhər rəsmiləri bu şəhərdə evsizlərin ölümlərinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
(last modified 2025-06-23T09:04:51+00:00 )
May 23, 2023 15:34 Asia/Baku
  • Amerikada evsizlərin  ölüm sayı 70% artıb

ABŞ-ın Los-Anceles şəhər rəsmiləri bu şəhərdə evsizlərin ölümlərinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

"wsws"-nin məlumatına görə, Los-Anceles şəhərinin rəsmiləri Los-Ancelesdə evsizlərin ölümünün 2021-ci ildə 2201 nəfər ölüm faktı  ilə rekord həddə çatdığını açıqlayıb.

Los-Anceles bu yaxınlarda ABŞ-ın ən böyük evsizlər şəhəri sayılan kimi Nyu-Yorku geridə qoyaraq  rəsmi olaraq 69.000  evsizlə  ABŞ-ın ən böyük evsizlər şəhəri olmuşdur.

Los-Anceles 2028-ci il Olimpiadası və 2026-cı il Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən,bu şəhərdə evsizlər sayının artması,dövlət rəsmilərini tənqidlərə məruz qoymuşdur, onlar problemi həll etmək əvəzinə polisi evsizlərə qarşı əməliyyat keçirməyə çağırmışlar.