Rusiyaya qarşı sanksiyalar Moskvadan çox, Avropa iqtisadiyyatına ziyan vurub
https://parstoday.ir/azeri/news/world-i1572-rusiyaya_qarşı_sanksiyalar_moskvadan_çox_avropa_iqtisadiyyatına_ziyan_vurub
Almaniyanın Saksoniya əyalətinin baş naziri- Mixael Kreçmer deyib ki: Moskvaya qarşı sanksiyalar Berlinin iqtisadi gücünün zəifləməsinə səbəb olub və Rusiyadan çox, Avropa iqtisadiyyatına ziyan vurubdur.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Avq 10, 2023 12:38 Asia/Baku
  • Rusiyaya qarşı sanksiyalar Moskvadan çox, Avropa iqtisadiyyatına ziyan vurub

Almaniyanın Saksoniya əyalətinin baş naziri- Mixael Kreçmer deyib ki: Moskvaya qarşı sanksiyalar Berlinin iqtisadi gücünün zəifləməsinə səbəb olub və Rusiyadan çox, Avropa iqtisadiyyatına ziyan vurubdur.

«Handelsblatt» qəzetinə müsahibə verən Kreçmer əlavə edib: Almaniyanın böyük problemləri var. Rusiya əleyhinə sanksiya siyasəti də bizim iqtisadi gücümüzü zəiflədir.Alman siyasətçi sonra belə qeyd edib: Hazırda biz Moskvaya qarşı sanksiyaların nəticələrini hiss edirik. Bu sanksiyalar Avropa iqtisadiyyatına vurduğu ziyan qədər Rusiya iqtisadiyyatına zərərin dəyməsinə səbəb olmayıbdır.Kremçer xəbərdarlıq edibdir ki: Hazırda dünya iki dəstəyə bölünüb və bu məsələ beynəlxalq ticarəti təhlükəyə salıbdır.Almaniyada elektrik enerjisinin qiyməti olduqca yuxarıdır- deyən Kremçer qeyd edib ki, nüvə enerjisini tərketmə siyasəti bir yanlışlıq olub və bu enerjinin alternativ enerjilərlə dəyişdirilməsi ideyası uğursuz qalıbdır.