Jerusalem Post: 750 israilli hələ də itkin düşüb
https://parstoday.ir/azeri/news/world-i2502-jerusalem_post_750_israilli_hələ_də_itkin_düşüb
Jerusalem Post” qəzeti bazar günü səhər elan edib ki, hesablamalara görə, təxminən 750 israilli itkin düşüb
(last modified 2023-10-09T05:06:30+00:00 )
Okt 08, 2023 10:52 Asia/Baku
  • Jerusalem Post: 750 israilli hələ də itkin düşüb

Jerusalem Post” qəzeti bazar günü səhər elan edib ki, hesablamalara görə, təxminən 750 israilli itkin düşüb

İRNA-nın Fələstinin Əl-Yəvm xəbər saytına istinadən verdiyi məlumata görə, bu xəbəri sionist “Jerusalem Post” qəzeti təfərrüatları qeyd etmədən dərc edib.

Bununla əlaqədar olaraq sionist mediası da bazar günü “Əl-Əqsa tufanı” əməliyyatında 100-ə yaxın İsrail hərbçisinin əsir götürüldüyünü bildirib.

İRNA-nın Əl-Cəzirə kanalına istinadən verdiyi məlumata görə, dəyərləndirmələr göstərir ki, bu 100 sionist əsir arasında Qəzzada əsirlikdə olan mülki məhbuslar, əsgərlər və zabitlər var.

100 sionistin əsir götürülməsi xəbərinin yayılması Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Şəhid İzzəddin əl-Qəssam Batalyonlarının sözçüsü Əbu-Ubəydə bazar günü səhər saatlarında “israilli əsirlərin sayının Benyamin Netanyahunun təsəvvür etdiyindən çox olduğunu” açıqlamasından sonraya təsadüf edir.