General-mayor Rzayi:
Agentliyin siyasi yanaşması ölkələri NPT-dən çıxmağa sövq edəcək
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi xəbərdarlıq edib: Beynəlxalq Atom Enerjisi Agentliyinin siyasi yanaşmasının davam etdirilməsi ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmağa sövq edəcək.
“Pars Today” xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayi öz sosial media hesabında yazıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana qarşı Qubernatorlar Şurasının qəbul etdiyi qərar tamamilə siyasi xarakter daşıyır, heç bir hüquqi və ya texniki əsasa söykənmir və bu qərar ABŞ və İsrail rejiminin təzyiqlərini açıq şəkildə əks etdirir.
General-mayor Rzayi xəbərdarlıq edib: Beynəlxalq Atom Enerjisi Agentliyinin siyasi yanaşmasının davam etdirilməsi ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmağa sövq edəcək.