Qəzzada şəhidlərin sayı 1572 nəfərə çatıb
https://parstoday.ir/azeri/news/world-i2592-qəzzada_şəhidlərin_sayı_1572_nəfərə_çatıb
Fələstin Səhiyyə Nazirliyi “Əl-əqsa Tufanı” əməliyyatından sonra Qəzzada şəhidlərin sayının 1572-yə çatdığını açıqlayıb. Bu açıqlamaya görə, 7626 yaralı var.
(last modified 2023-10-16T02:32:14+00:00 )
Okt 13, 2023 09:18 Asia/Baku
  • Qəzzada şəhidlərin sayı 1572 nəfərə çatıb

Fələstin Səhiyyə Nazirliyi “Əl-əqsa Tufanı” əməliyyatından sonra Qəzzada şəhidlərin sayının 1572-yə çatdığını açıqlayıb. Bu açıqlamaya görə, 7626 yaralı var.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolunun şənbə günü (7 oktyabr) “Əl-Əqsa tufanı” kimi tanınan işğalçı İsrail rejiminə qarşı əməliyyatından sonra sionist rejim Qəzza zolağına hücum edib və bu hücumlar hələ də davam edir.

Ərəb 48 xəbər saytının məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyi bu gün, cümə günü (oktyabrın 13-də) sionist rejimin Qəzza zolağı və İordan çayının qərb sahili xalqına qarşı hərtərəfli təcavüzünün qurbanlarının sayını 1572 şəhid, yaralıların sayını isə 7262 nəfərə çatdığını elan edib.

Nazirlik əlavə edib ki, “Əl-Əqsa tufanı” döyüşündə Qəzza zolağında şəhid olanların sayı 1537 şəhid və təxminən 6612 yaralıya, İordan çayının qərb sahilində isə 35 şəhid və 650-dən çox yaralıya şatıb.

“Əl-Əqsa tufanı” döyüşü davam edən toqquşmalar və Hayfaya müqavimətin raket hücumları və Ben-Qurion hava limanının iflic olması ilə yeddinci gününə girdi və həmçinin 1300-dən çox israilli də həlak oldu.

Bu gün səhər saatlarında İsrail qırıcıları Qəzza zolağının müxtəlif bölgələrinə onlarla şiddətli hücumlar həyata keçirərək, əsas diqqəti bu ərazinin şimal-qərb və şimalına yönəldib.

İşğalçı sionist rejimin artilleriyası Qəzza zolağının cənubundakı Rəfəh və Xan Yunus bölgələrini də bombalayıb.