Fələstinli şəhidlərin sayının 4385 nəfərə çatıb
Fələstin rəsmiləri sionist rejimin Qəzzəyə davamlı hücumlarında fələstinli şəhid və yaralıların sayının artdığını bildiriblər.
Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi şənbə günü elan edib ki, Sionist rejimin Qəzza xalqına qarşı müharibəsində şəhid olanların sayı 4385-ə çatıb ki, onlardan 1756-sı uşaq, 976-sı isə qadındır.
Fələstin Səhiyyə Nazirliyi əlavə edib: Sionist Rejim döyüşçülərinin davamlı hücumları nəticəsində 13561 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağındakı hesabatına görə, İsrail ordusunun Qəzzaya hücumları nəticəsində ölənlərin 70%-i qadın, uşaq və qocadır.
Əl-Əqsa Tufanı əməliyyatından sonra sionist rejim ordusunun Qəzza zolağının şimal, şərq və qərb bölgələrinə hücumları davam edir, sionist işğalçılar bu bölgədəki tibb işçilərini, jurnalistləri və xidmət qüvvələrinidə qəsdən hədəfə alırlar.