UNICEF: Hər gün 420 fələstinli uşaq öldürülür və ya yaralanır
(last modified Wed, 01 Nov 2023 10:37:07 GMT )
Noy 01, 2023 14:37 Asia/Baku
  • UNICEF: Hər gün 420 fələstinli uşaq öldürülür və ya yaralanır

Çərşənbə axşamı gecəsi UNICEF-in sözçüsü Qəzza zolağında humanitar vəziyyətin ağır olduğunu bildirərək deyib: Hər gün 420 fələstinli uşaq ya öldürülür və ya yaralanır.

 

İRNA-nın məlumatına görə, UNICEF-in sözçüsü Ceyms Elder çərşənbə axşamı gecə Qətərin Əl-Cəzirə kanalı ilə söhbətində həmçinin deyib: Qəzzada uşaqların öldürülməsi ilə bağlı gündəlik statistikamız çox faciəlidir.

O, deyib: Bizim qorxumuz ondan ibarətdir ki, mülki şəxslər, o cümlədən uşaqlar əsas xidmətləri ala bilməyəcəklər.

Teqlər