İsrail məhsullarını boykot ABŞ-ı da vurdu
Sionist İsrailin Fələstinə hücumlarına qarşı İslam dünyasında başladılan boykot kampaniyasından ABŞ şirkətləri də böyük zərər gördü.
İşğalçı İsrail rejiminin Qəzzaya hücumlarına qarşı başladığı boykot kampaniyası bütün dünyada rezonans doğurub.
İsraili dəstəkləyən brendlər arasında qida, geyim, kosmetika, elektronika, avtomobil, idman və əyləncə kimi bir çox sektordan olan qlobal şirkətlər var.
İsrailə qarşı boykot kampaniyasının iştirakçıları İsrailə məxsus və ya İsrailə dəstək verən markaların məhsullarını almayaraq, İsrail iqtisadiyyatına zərər vurmağı hədəfləyirlər.
İsrailə qarşı boykot kampaniyasının İsrail iqtisadiyyatına və markalarına ciddi zərbə vurduğu bildirilir.
ABŞ-ın tanınmış media orqanlarından biri olan Bloomberg Qəzza müharibəsi zamanı İsrailə qarşı boykotların Yaxın Şərqdəki ABŞ şirkətlərinə mənfi təsir göstərdiyini yazıb.