Bayden: Amerika İsrailin İrana qarşı mümkün hərəkətlərində iştirak etməyəcək
https://parstoday.ir/azeri/news/world-i5156-bayden_amerika_İsrailin_İrana_qarşı_mümkün_hərəkətlərində_iştirak_etməyəcək
ABŞ rəsmisi CNN-ə deyib ki, prezident Co Bayden İranın İsrailə hücumundan bir neçə saat sonra sionist rejimin baş naziri ilə telefon danışığında Vaşinqtonun İranın hücumlarına cavab olaraq İsrailin heç bir mümkün hərəkətində iştirak etməyəcəyini açıq şəkildə bildirib.
(last modified 2024-04-14T07:36:36+00:00 )
Apr 14, 2024 06:13 Asia/Baku
  • Bayden: Amerika İsrailin İrana qarşı mümkün hərəkətlərində iştirak etməyəcək

ABŞ rəsmisi CNN-ə deyib ki, prezident Co Bayden İranın İsrailə hücumundan bir neçə saat sonra sionist rejimin baş naziri ilə telefon danışığında Vaşinqtonun İranın hücumlarına cavab olaraq İsrailin heç bir mümkün hərəkətində iştirak etməyəcəyini açıq şəkildə bildirib.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, CNN adını çəkmədən ABŞ hökumətinin yüksək rütbəli rəsmisinə istinad edərək, Co Baydenin bir neçə saat əvvəl Benyamin Netanyahu ilə telefon danışığında onunla açıq şəkildə bu məsələni qaldırdığını bildirib.

Bayden bir daha Amerikanın İsraili dəstəkləmək öhdəliyini vurğulasa da, Iran İslam Respublikasının sionist rejimə qarşı raket və pilotsuz təyyarə hücumundan sonra Amerikanın İsrailin İrana qarşı mümkün hərəkətində iştirak etməyəcəyi barədə bəyanatı diqqətə layiqdir.

İran İslam Respublikasının hərbi hakimiyyət orqanları sionist rejimə qarşı kütləvi raket və pilotsuz təyyarə hücumundan əvvəl Amerikaya xəbərdarlıq etmişdilər ki, ABŞ-ın bu müharibəyə hər hansı müdaxiləsi bu ölkənin müxtəlif yerlərdəki mövqe və bazalarının hədəfə alınmasına səbəb ola bilər.

Həmçinin, bundan əvvəl İran İslam Respublikasının rəsmi orqanları Amerikaya xəbərdarlıq etmişdi ki, zərərdən qaçmaq istəyirsə, geri çəkilməli və Netanyahunun tələsinə düşməməlidir.

Amerikanın NBC xəbər kanalı da hesabatında yazıb: ABŞ prezidenti Co Bayden şəxsi görüşlərində Benyamin Netanyahunun Amerikanı daha geniş və dərin münaqişələrə cəlb etməyə çalışmasından narahatlığını ifadə edib.