Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşəcək
İyun 14, 2023 13:18 Asia/Baku
Qazaxıstanın Astana şəhərində iyunun 21-də Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Onun sözlərinə görə, iyunun 20-21-də Rusiyanın geniştərkibli nümayəndə heyəti Astanada səfərdə olacaq.
Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.