Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır
(last modified Sat, 25 May 2024 13:45:19 GMT )
May 25, 2024 17:45 Asia/Baku
  • Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu deyib ki, Türkiyə Ermənistanla münasibətləri tez bir zamanda normallaşdırmalıdır.

Sabiq baş nazir və Gələcək Partiyasının baş katibi bildirib: “Ermənistanla münasibətlərin normallaşmasına dair protokolları XİN rəhbəri olduğu dönəmdə, 2009-cu ilin oktyabrında imzaladım”.

Keçmiş baş nazir vurğulayıb ki, iki ölkə arasında sərhəd açılmalı, səfirliklər fəaliyyətə başlamalıdır.

2009-cu ildə Sürixdə Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokolları imzalayan Davudoğlu qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin alovu Qafqaza sıçramamalıdır.