Rəsmi İrəvan Moskvaya meydan oxuyur
(last modified Wed, 29 May 2024 18:29:46 GMT )
May 29, 2024 22:29 Asia/Baku
  • Rəsmi İrəvan Moskvaya meydan oxuyur

Rusiyanın “Birinci kanal”ının yayımı Ermənistanda dayandırıldı

 

Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı dayandırılıb.

Bu barədə Sputnik Xəbər Agentliyi Ermənistanın Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.

Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.