Kuba CAR-ın sionist rejimə qarşı şikayətinə qoşulur
(last modified Sat, 22 Jun 2024 09:57:11 GMT )
İyun 22, 2024 13:57 Asia/Baku
  • Kuba CAR-ın sionist rejimə qarşı şikayətinə qoşulur

 Kuba Fələstin xalqına qarşı soyqırımın dayandırılması üçün beynəlxalq səylərə uyğun olaraq Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejim əleyhinə şikayətinə qoşulmağa qərar verdiyini açıqlayıb.

 

Kubanın Xarici İşlər Nazirliyi şənbə günü səhər tezdən verdiyi bəyanatda bildirib: Kuba Respublikası hökuməti Fələstin xalqına qarşı soyqırıma son qoyulması üçün beynəlxalq səyləri qanuniləşdirmək üçün mümkün qədər dəstək və kömək etmək öhdəliyinə uyğun olaraq, Cənubi Afrika Respublikası tərəfindən İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə şikayətinə qoşulmaq qərarına gəldi.

Kuba Xarici İşlər Nazirliyi əlavə edib ki, Havana Məhkəmənin Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək və Soyqırımın Qadağan edilməsi və Cəzalandırılması Konvensiyasında üzərinə götürdüyü öhdəlikləri nəzərə alaraq, bu işə üçüncü ölkə kimi daxil olmaq hüququndan istifadə edir.