Amerika mediası etiraf edir
Müqavimət mehvəri əhəmiyyətli dərəcədə irəliləyiş edib
Təl-Əvivdə Yəmən PUA-sının endirdiyi zərbə müqavimət mehvərinin əhəmiyyətli irəliləyişini göstərir.
“New York Times” qəzeti Yəmən silahlı qüvvələrinin pilotsuz təyyarələrin Təl-Əvivə hücumu ilə bağlı xəbərində hərbi ekspertlərə istinad edərək yazıb: “Bu hadisə sübut edir ki, Müqavimət mehvəri əhəmiyyətli dərəcədə irəliləyiş edib və görünür, Təl-Əvivə hücum edən pilotsuz təyyarə “Səməd 3”ün fərqli versiyasıdır”.
Bu qəzet etirafına davam edərək qeyd edib ki, Səməd 3-dən daha böyük yanacaq çəni və mühərriki ilə təchiz edilmişdi ki, bu da onun Təl-Əvivə uçmasına imkan veririb.
Yəmən silahlı qüvvələri cümə günü, iyulun 29-u səhər saatlarında yeni hücumçu "Cəffə" pilotsuz təyyarəsi ilə işğal olunmuş Təl-Əviv şəhərinə hücum edib, nəticədə bir sionist ölüb, 8 nəfər yaralanıb.
Təl-Əviv hava məkanına daxil olduqdan sonra sözü gedən PUA Amerika səfirliyinin yaxınlığındakı binaya çırpılıb.
Sionist media bu pilotsuz uçan aparatın Təl-Əvivə yaxınlaşdığını və müdafiə sistemlərinin bütün təbəqələrindən keçərək Təl-Əvivdəki binanı vura bildiyini açıqlayıb.
Yəmən ordusunun öz silahlarını lokallaşdırması bu ölkənin sionist rejimin limanlarına gedən ticarət gəmilərini raket və dron hücumları ilə hədəfə almasına imkan verir.
Yəmən silahlı qüvvələri İsrail gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə və Qırmızı Dənizdə sionist rejimə dəstək verən koalisiya qüvvələrinin gəmilərinə hücumlarını davam etdirməyi öhdələrinə götürüblər.
Bu arada ABŞ və Britaniya beynəlxalq gəmiçiliyi qorumaq bəhanəsi ilə bir neçə dəfə Yəmən qüvvələrinin mövqelərinə hücum edib, lakin beynəlxalq ekspertlərin fikrincə, bu tədbirlər Qırmızı Dəniz və Bab əl-Məndəbdə sionist rejimə məxsus gəmilərə qarşı hücumları dayandıra bilməyib.