ABŞ-ın sionist rejimə hərbi yardımı davam edir
ABŞ İsrailin müharibəni qızışdırmasına ortaqdır – TƏHLİL
ABŞ sionist rejimə silah və hərbi texnikanın alınması üçün 3,5 milyard dollar ayıracaq.
Yayılan məlumata əsasən, bu pul ABŞ Konqresinin sionist rejimi dəstəkləmək üçün apreldə təsdiq etdiyi 14,1 milyard dollarlıq büdcənin bir hissəsidir.
Bu maliyyə, İsrailin ABŞ-dan qabaqcıl silah sistemləri və digər avadanlıqlar almaq üçün istifadə edə biləcəyi maliyyə dəstəyidir.
ABŞ-ın sionist rejimə 3,5 milyard dollarlıq yeni silah yardımı bir daha Co Bayden hökumətinin bu rejimə necə yanaşmasının əsl mahiyyətini göstərir.
Co Bayden İsrailə sədaqətini və dəstəyini daha əvvəl bəyan etmiş və Amerikanın İsrailin təhlükəsizliyinə sadiqliyinin möhkəm olduğunu bildirmişdir.
Sionist rejimin Qəzzədəki cinayət əməlləri, xüsusilə də məzlum Qəzzə xalqının qəsdən soyqırımı indiyədək 40 minə yaxın insanın, xüsusilə uşaq və qadınların şəhid olmasına səbəb olub. Bununla belə, ABŞ Dövlət Departamenti son hesabatında bildirib ki, ABŞ-ın verdiyi silahlar guya İsrailin öhdəliklərinə "uyğun olmayan" şəkildə istifadə edilmir. Halbuki, 14 mini uşaq olmaqla, 40 minə yaxın fələstinli şəhid olub və onların çoxu Amerikanın sursatları ilə öldürülüb.
Eyni zamanda məzlum Qəzzə xalqının Amerika silahları ilə öldürülməsinin artması bu silahların sionist rejimə satışının dayandırılması tələblərinin artmasına səbəb olub.
İndi aydın olur ki, ABŞ İsraillə münasibətdə ikili siyasət aparır. Konqresdəki qanunvericilərin əhəmiyyətli bir hissəsi sionist rejimə silah satışının əleyhinə olsa da, Ağ Ev Təl-Əvivin silahlandırılmasını vurğulamaqda davam edir və Qəzzənin məzlum xalqını öldürmək üçün sionist rejimə böyük sursat və çox güclü bombalar göndərir.
Əslində, Ağ Evin Təl-Əvivə şəksiz dəstəyi həmişə sionist rejimin cinayətkar əməlləri, xüsusilə Qəzzə xalqının soyqırımı və Qəzzə zolağında aclıq və qıtlıq silahlarından istifadəni davam etdirməsi üçün yaşıl işıq olub.