ABŞ-ın büdcə kəsrində yeni rekord qeydə alınıb
https://parstoday.ir/azeri/news/world-i7090-abŞ_ın_büdcə_kəsrində_yeni_rekord_qeydə_alınıb
Cozef Bayden administrasiyası dövründə ABŞ-ın büdcə kəsiri rekord həddə - 6,6 trilyon dollara çatıb.Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında göstərilib.
(last modified 2024-08-20T07:14:06+00:00 )
Avq 18, 2024 18:17 Asia/Baku
  • ABŞ-ın büdcə kəsrində yeni rekord qeydə alınıb

Cozef Bayden administrasiyası dövründə ABŞ-ın büdcə kəsiri rekord həddə - 6,6 trilyon dollara çatıb.Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında göstərilib.

Cozef Bayden administrasiyası dövründə ABŞ-ın büdcə kəsiri rekord həddə - 6,6 trilyon dollara çatıb.Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında göstərilib.

Bu, bütün müşahidələr tarixində maksimum rəqəmdir. Əvvəlki Prezident Donald Trampın dövründə isə ölkə büdcəsinin ümumi kəsiri 5,6 trilyon dollar təşkil etmişdi.

Böyük büdcə kəsirlərini maliyyələşdirmək üçün ABŞ dövlət borcunu artırmağa əl atıb. Bu ilin iyul ayında o, ilk dəfə olaraq 35 trilyon dollar həddini keçib, cəmi iki həftə sonra isə daha 160 milyard dollar artıb.