Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
https://parstoday.ir/azeri/news/world-i7240-paşinyan_atƏt_in_minsk_qrupunun_buraxılmasını_məqsədəuyğun_hesab_edir
Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.
(last modified 2024-09-01T09:37:23+00:00 )
Avq 31, 2024 12:09 Asia/Baku
  • Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

 

 bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, - o deyib.

Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır. “Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, - Ermənistanın baş naziri əlavə edib.