Gürcüstanı qərbin hədəfinə çevirən növbəti addımı
(last modified Tue, 17 Sep 2024 19:13:00 GMT )
Sen 17, 2024 23:13 Asia/Baku
  • Gürcüstanı qərbin hədəfinə çevirən növbəti addımı

Gürcüstan parlamenti sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyətinin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

 

Gürcüstan KİV-inin verdiyi məlumatda bildirilir ki, “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini Gürcüstan parlamentinin 84 deputatı dəstəkləyib. Qanun layihəsinin əleyhinə çıxan olmayıb.

“Cəmiyyətimizin maraqlarını bu qədər əhatəli şəkildə əks etdirən “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi kimi bir təşəbbüsə nadir hallarda rast gəlinir”, - hakim “Gürcü Arzusu” Partiyasından olan deputat Rati İonatamişvili bildirib.

Qanun imzalanması üçün Prezident Salome Zurabişviliyə göndəriləcək.

Qeyd edək ki, Gürcüstan parlamenti və hökumətinin qərbin siyasi və mədəni hücumuna qarşı bu kimi təşəbbüsləri ABŞ və Avropa qurumlarının Tiflisə qarşı cəzalandırıcı tədbirlərinə səbəb olub.

Qərb Gürcüstanın özünü mühafizə etməsini demokratiya və insan haqlarının pozulması kimi təqdim edir və bu yolla rəsmi Tiflisə qərbin istədiklərinə tabe olması üçün təzyiq töstərməyə çalışır.