Vaşinqton və Brüsselin hegemonluğu üçün vaxt daralır
(last modified Mon, 14 Oct 2024 15:57:10 GMT )
Okt 14, 2024 19:57 Asia/Baku
  • Vaşinqton və Brüsselin hegemonluğu üçün vaxt daralır

Getdikcə daha çox ölkə anlayır ki, BRİKS çoxqütblü dünyanın perspektivi və təminatıdır. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında qeyd edib.

 

Vyaçeslav Volodin vurğulayıb ki, BRİKS-ə üzv olan ölkələrin iqtisadiyyatları "Böyük yeddilik"in iqtisadiyyatını əhəmiyyətli dərəcədə üstələyir, Aİ isə iqtisadiyyatda durğunluq yaşayır. Bunu da Almaniya, Avstriya, Finlandiya və Estoniya sənayesinin əhəmiyyətli itkiləri sübut edir. Üstəlik, təşkilatın on dövləti planet əhalisinin 45 faizini təşkil edir. Kazanda keçiriləcək sammitdə isə 30-dan çox dövlətin nümayəndələri iştirak edəcək.

"Vaşinqton və Brüsselin hegemonluğu üçün vaxt daralır. Gələcək isə artıq ən böyük iqtisadi mərkəzə çevrilmiş BRİKS-ə yol açır", Vyaçeslav Volodin fikrini yekunlaşdırıb.