Priqojinin Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi ləğv edilib
(last modified Sun, 02 Jul 2023 18:24:56 GMT )
İyul 02, 2023 22:24 Asia/Baku
  • Priqojinin Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi ləğv edilib

Rusiya Müdafiə Nazirliyi "Vagner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) təsisçisi və rəhbəri Yevgeni Priqojinə məxsus "Konkord" holdinqi ilə müqaviləni ləğv edib.

 

Ostorojno-Novosti teleqram kanalı xəbər verir ki, holdinqin bir neçə min işçisi işdən çıxarılır.

Nəşr bildirir ki, müəssisələrin yeni sahibinə keçməsi nəzərdə tutulurdu, lakin sonradan işçi heyətinin işdən çıxarılması və müqaviləyə xitam verilməsi qərara alınıb.

Qeyd edək ki, bir gün əvvəl Priqojinə aid "Patriot" media holdinqini və Vaqnerin bir sıra nəşrləri fəaliyyətini dayandırıb.

İyunun 23-də "Vaqner"-in lideri Yevgeni Priqojin silahlı üsyana cəhd edib. O, muzdluları ilə birlikdə RF Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək üçün Moskvaya doğru hərəkət keçib. Lakin sonra Aleksandr Lukaşenko ona zəng edərək üsyana son qoymağı tapşırıb.

Priqojin hazırda Belarusdadır və Ukrayna hökuməti Vaqner muzdlularının şimal sərhədindən hücuma keçə biləcəyindən ehtiyatlanaraq orada qoşun yığmağa başlayıb.