Sergey Şoyqu ilk dəfə “Vaqner”in qiyamından danışıb
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.
o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.
S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu: “Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi”.
Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.
Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.