Lavrov: İranla razılaşma bərabərhüquqlu ölkələr arasında münasibətlərin qurulması nümunəsidir
https://parstoday.ir/azeri/news/world-i9504-lavrov_İranla_razılaşma_bərabərhüquqlu_ölkələr_arasında_münasibətlərin_qurulması_nümunəsidir
 Sergey Lavrov öz çıxışında Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Kremldə iki ölkə prezidenti Vladimir Putin və Məsud Pezeşkiyan tərəfindən cümə günü imzalanmış birgə hərtərəfli strateji sazişə toxunaraq, bildirdi: İran ilə razılaşmanın ölkələr arasında bərabərhüquqlu əlaqələrin qurulmasının nümunəsidir.
(last modified 2025-01-19T08:29:20+00:00 )
Yan 18, 2025 09:40 Asia/Baku
  • Lavrov: İranla razılaşma bərabərhüquqlu ölkələr arasında münasibətlərin qurulması nümunəsidir

 Sergey Lavrov öz çıxışında Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Kremldə iki ölkə prezidenti Vladimir Putin və Məsud Pezeşkiyan tərəfindən cümə günü imzalanmış birgə hərtərəfli strateji sazişə toxunaraq, bildirdi: İran ilə razılaşmanın ölkələr arasında bərabərhüquqlu əlaqələrin qurulmasının nümunəsidir.

 

Lavrov teleqram kanalındakı qeyddə yazıb: Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi müstəqil və bərabərhüquqlu ölkələr arasında əməkdaşlığın qurulması nümunəsidir. 

İran və Rusiya prezidentləri Məsud Pezeşkiyan və Vladimir Putin cümə günü, yanvarın 17-i günortadan sonra Kreml sarayında keçirilən mərasimdə iki ölkə arasında Hərtərəfli Birgə Strateji Sazişi imzalayıblar və birgə mətbuat konfransında bir sıra jurnalistlərin suallarını cavablandırıblar.