Peskov: Ukrayna ilə danışıqlar üçün perspektiv yoxdur
(last modified Sat, 08 Jul 2023 10:19:35 GMT )
İyul 08, 2023 14:19 Asia/Baku
  • Peskov: Ukrayna ilə danışıqlar üçün perspektiv yoxdur

Rusiya və Ukrayna tərəfləri arasında hələlik danışıqlar üçün perspektiv yoxdur.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Belarus prezidentinin Rusiya və Ukraynanın bu payızda danışıqlara başlaya biləcəyi ilə bağlı ehtimalına toxunaraq deyib: “Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə biz Rusiya tərəfinin heç vaxt danışıqlar prosesinə qapını bağlamamasını bildirmişik. Amma hələ ki, biz bu danışıqlar prosesi üçün heç bir perspektiv görmürük”.

D.Peskov qeyd edib ki, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün Rusiya üçün qarşıya qoyulan bütün məqsədlərə nail olmaq vacibdir.

Onun sözlərinə görə, hazırda ilk növbədə siyasi və diplomatik vasitələr əlçatmazdır, yəqin ki, Kiyevin belə bir ehtimalı rədd etməsi, həm də Vaşinqtonun ilk növbədə belə bir prosesə açıq-aşkar meyl göstərməməsi ilə bağlıdır.

İyulun 6-da Minskdə jurnalistlərlə görüşdə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada vəziyyətin nizamlanması üçün sülh danışıqları sentyabrdan bir qədər gec başlaya bilər.