Vladimir Putin başsağlığı verdi
Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikası prezidentinin şəhadəti münasibəti Aliməqamlı Rəhbərə başsağlığı məktubu ünvanlayıb:
Putinin Həzrət Ayətullahül-üzma Xameneiyə ünvanladığı başsağlığı müraciətində deyilir:“Prezident Seyid İbrahim Rəisi və bir neçə yüksək səviyyəli dövlət rəsmisinin vəfatı ilə İran xalqı üçün baş verən böyük faciə ilə əlaqədar ən səmimi başsağlığı müraciətimizi qəbul edin. Seyid İbrahim Rəisi bütün ömrünü vətəninə xidmətə vəqf edən böyük siyasətçi idi. Həqiqətən o öz vətəndaşları nəzdində böyük hörmətə və ölkədən kənarda gözə çarpacaq iqtidara malik idi. O Rusiyanın həqiqi dostu olaraq ölkələrimiz arasında dinc qonşuluq münasibətlərinin inkişafında dəyərli şəxsi töhfələri olmuşdur və əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması istiqamətində çoxlu səylər göstərdi.”