-
Hökumət, millət və Silahlı Qüvvələr arasında dərin bağ güclü və inkişaf etmiş İranın reallaşmasının təminatıdır
Avq 24, 2025 16:44İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hökumət, millət və Silahlı Qüvvələr arasındakı dərin bağı güclü və qabaqcıl İran vizyonunun həyata keçirilməsinin qarantı hesab edib və vurğulayıb: Təhlükəsizlik mühitinin mürəkkəbliklərini və yaranan təhdidləri dərindən dərk edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusu özünün müdafiə imkanlarını və təhlükəsizlik imkanlarını qoruyub saxlamağa və gücləndirməyə üstünlük verib.
-
Müdafiə naziri: 12 günlük müharibə ölkənin müdafiə sənayesi üçün yol xəritəsini müəyyənləşdirdi
Avq 23, 2025 17:27Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əmir Nəsirzadə sionist rejim ilə ABŞ-ın İrana qarşı son 12 günlük müharibənin ölkənin müdafiə sənayesi üçün yol xəritəsinin müəyyən edilməsinə səbəb olduğunu bildirib və deyib: Biz düşmənə qarşı yeni texnologiyalar üçün tədqiqat və innovasiyalardan istifadə edirik və bu müharibənin təcrübələri bizə yeni prioritetlər verib.
-
İran: BMT və Təhlükəsizlik Şurası Sistan və Bəlucistandakı terror aktını birmənalı şəkildə pisləməlidir
Avq 23, 2025 17:18İranın BMT-dəki səfiri Sistan və Bəlucistanda törədilən terror aktı ilə bağlı Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd edib: İran Təhlükəsizlik Şurasını və BMT Baş katibini bu mənfur terror aktını mümkün olan ən sərt şəkildə və heç bir qeyri-müəyyənlik olmadan pisləməyə çağırır və terrorizmin pislənməsində hər hansı ikili standart və ya seçici yanaşma yalnız Təhlükəsizlik Şurasının etibarını sarsıdacaqdır.
-
Əli Laricani: Həqiqi danışıqların şərti - düşmən başa düşməlidir ki, “iranlılar təslim olan deyil”
Avq 23, 2025 11:16Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanı verdiyi bir müsahibədə vurğulayıb: Əgər düşmən diplomatiya meydanını teatr və tamaşa səhnəsinə çevirsə, bu diplomatiyadan bir nəticə çıxmayacaq.
-
İran və üç Avropa ölkəsinin xarici işlər nazirləri arasında telefon danışığı / Əraqçinin əsas müzakirə mövzusu – sanksiyaların ləğvi
Avq 22, 2025 17:14Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran və Avropa arasında nüvə mövzusunda aparılan son danışıqlarla bağlı deyib: Aparılan razılaşmaya əsasən, cümə günü – 22 avqust tarixində, xarici işlər naziri Fransa, Britaniya, Almaniya xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi xanım Kallas ilə birgə telefon danışığı aparacaq.
-
General Hatəmi: Ordu övladları hər bir işğalçıya daha sərt cavab verəcək
Avq 22, 2025 17:12İran İslam Respublikası Ordusunun Baş Komandanı qeyd edib: İran İslam Respublikasının ordusunun igid övladları, keçmişdə olduğu kimi, hər bir səhv niyyətli işğalçıya daha güclü və peşimanedici bir cavab verməyə hazırdırlar.
-
Bəqayi: ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsi hakimlərinə qarşı sanksiya tətbiq etməsi, fələstinlilərin kütləvi qətlində açıq şəkildə əməkdaşlıqdır
Avq 22, 2025 17:08Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, ABŞ-nin Xarici İşlər Naziri tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin dörd hakiminə sanksiya tətbiq etməsinə cavab olaraq X sosial şəbəkəsində yazıb: ABŞ-nin İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətlərə baxılması səbəbindən Beynəlxalq Cinayət Məhkəməsinin (Kanadalı, Fransız, Seneqallı və Fici vətəndaşlarından olan) dörd hakiminə sanksiya tətbiq etməsi yalnız ədalətə qarşı misli görünməmiş bir hücum deyil, həm də fələstinlilərə qarşı mühar
-
“Nəsir”, “Qədir” və “Qadir” raketləri öz hədəflərini məhv edib
Avq 22, 2025 10:58İran Hərbi Dəniz Qüvvələrinin raket sistemləri və dəniz bölmələri eyni vaxtda “Nəsir” və “Qədir” qanadlı raketləri və “Qadir” sahil və gəmi əleyhinə raketlərdən istifadə edərək dənizdəki suüstü hədəfini məhv edib.
-
İranlı gənc BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının "Sosial Həll Yolu"nun mükafatını qazanıb
Avq 21, 2025 22:09İran İslam Respublikasından olan gənc Rza Qəvamipur, "BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı Gənc İslahatçıları"nın 3-cü dövr mükafatında "İlin Sosial Həll Yolu" kateqoriyasının qalibi olub.
-
Müdafiə Nazirliyi: İran regionda qüdrət və çəkindirici güc mərkəzinə çevrilmişdir
Avq 21, 2025 21:06Müdafiə Nazirliyi 21 avqust – Müdafiə Sənayesi Günü münasibətilə yaydığı bəyanatda bildirib: Xalqın övladlarının raket, silah, kosmos sahələri, eləcə də ölkənin müdafiə ehtiyaclarına uyğun olaraq müasir texnologiyalar və beynəlxalq standartlara əsasən müxtəlif hərbi silah və texnikanın layihələndirilməsi və istehsalı sahəsində əldə etdiyi uğurlar, İran İslam Respublikasını regionda müdafiə qüdrəti və çəkindirici güc mərkəzinə çevirmişdir.