İyul 26, 2023 14:34
Rusiya XİN rəhbəri Moskvada Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə bəyanatla çıxış edib. O bildirib ki, danışıqlarda müzakirə olunan bütün problemlər toplusu ilə sıx əlaqəli olan delimitasiya məsələlərinə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə bağlanması məsələlərinə xüsusi diqqət yetirilib.