-
Əraqçi: Avropa üçlüyünün Təhlükəsizlik Şurasının ləğv olunmuş qətnamələrini bərpa etmək cəhdləri etibarsızdır
İyul 21, 2025 06:22İran İslam Respublikasının xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə, Avropa İttifaqının ali nümayəndəsinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərərək Avropa üçlüyü (E3) ölkələrinin ləğv olunmuş Təhlükəsizlik Şurası qətnamələrini bərpa etmək cəhdlərini hüquqi baxımdan etibarsız və batil hesab edib.
-
Qalibaf: İran Suriya xalqının yanındadır
İyul 20, 2025 12:36İslami Şura Məclisinin sədri sionist rejimin Dəməşqə qarşı qəddar təcavüzü ilə bağlı bildirib: İran həmişə Suriya xalqının yanındadır və bu ölkənin birliyi və ərazi bütövlüyünü müdafiə edir.
-
Ərdəbil günü: Səfəvilərin İran tarixinə təsirinə bir baxış
İyul 20, 2025 12:35İranda Səfəvilər sülaləsinin quruluşunun ildönümü olan Mordad ayının 4-ü (26 iyul) ölkənin rəsmi təqvimində Şeyx Səfiəddin Ərdəbili Günü adlandırılıb və buna görə də Ərdəbil Həftəsi bu bölgənin uzunömürlü mədəniyyətini və tarixi yaradıcılığını sevdiyimiz diyarda tanıtmaq üçün qeyd olunur.
-
İran Ordusu Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini: Zədələnmiş HHM sistemləri dəyişdirilib
İyul 20, 2025 12:29İran İslam Respublikası Ordusu Baş Qərargah rəisinin əməliyyatlar üzrə müavini deyib: Mövcud müdafiə sistemlərindən istifadə etməklə və onları yeniləri ilə əvəz etməklə, ölkənin hava məkanını əhatə edə və sevimli İranımızın hava məkanının təhlükəsizliyini təmin edə bildik.
-
Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri çoxtərəfli media diplomatiyasının gücləndirilməsi və saxta xəbərlərlə mübarizəyə çağırış etdilər
İyul 20, 2025 12:28Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirliklərinin sözçüləri və informasiya qurumlarının rəhbərlərinin toplantısı təşkilatın Pekində yerləşən katibliyində keçirilib. Görüşdə üzv ölkələrin media diplomatiyası sahəsində yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Toplantının əsas məqsədi media sahəsində koordinasiyanın gücləndirilməsi, xəbər təhriflərinə qarşı birgə mübarizə aparılması və ŞƏT-in sentyabr ayında keçiriləcək Zirvə Toplantısının media işıqlandırmasını
-
İranın İsrail rejiminin cinayətlərinə dair rəsmi və sənədli hesabatı Təhlükəsizlik Şurasında qeydə alınıb
İyul 20, 2025 12:23İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub göndərərək, sionist rejimin cinayətləri, xüsusilə də İran İslam Respublikasına qarşı 12 günlük hərbi təcavüz zamanı şəhid olmuş uşaq və qadın qurbanlar haqqında geniş və yenilənmiş hesabat təqdim edib və onun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qeydə alınması və yayılmasını istəyib.
-
Əli Laricani Moskvada Putinlə görüşüb
İyul 20, 2025 12:15İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müşaviri Əli Laricani Rusiyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə Kreml sarayında görüşüb.
-
İran XİN: AMIA işi üzrə İrana qarşı əsassız ittihamlar qəbuledilməzdir
İyul 19, 2025 09:20İran İslam Respublikasının Xarici İşlər Nazirliyi cümə günü yaydığı rəsmi bəyanatda, “AMIA işi” ilə bağlı İrana qarşı davam edən əsassız ittihamları qəti şəkildə rədd edib və bu ittihamların siyasi məqsədlərlə gündəmdə saxlanıldığını vurğulayıb.
-
General-polkovnik Musəvi: Hava hücumundan müdafiə qüvvələri istənilən təhdidə peşmanedici cavab verir
İyul 19, 2025 09:18İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Seyid Əbdürrəhim Musəvi ölkənin Hava Hücumundan Müdafiə Qərargahına səfəri zamanı bildirib ki, bu qüvvələr səmanın qorunmasında ön cəbhədə dayanaraq, istənilən səviyyədə təhdidə qarşı qətiyyətlə cavab verməyə qadirdir və düşmənləri öz hərəkətlərinə görə peşman edir.
-
İran son Suriya hadisələrindən nigarançılıq edib
İyul 18, 2025 09:17İran xarici işlər naziri öz misirli həmkarı ilə telefon söhbətində Suriyada baş verən son hadisələrdən nigarançılıq edib.