Ermənistan BMT Məhkəməsinə müraciət edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i120-ermənistan_bmt_məhkəməsinə_müraciət_edib
Ermənistan hökuməti Laçın dəhlizinin blokadası ilə bağlı ikinci dəfə BMT Məhkəməsinə müraciət edib.
(last modified 2023-05-22T14:25:14+00:00 )
May 22, 2023 18:23 Asia/Baku
  • Ermənistan BMT Məhkəməsinə müraciət edib

Ermənistan hökuməti Laçın dəhlizinin blokadası ilə bağlı ikinci dəfə BMT Məhkəməsinə müraciət edib.

 Ermənistanın bu qərarına səbəb Ermənistanı Dağlıq Qarabağla birləşdirən yolda yoxlama-buraxılış məntəqəsinin yaradılmasıdır.

Rəsmi İrəvan hesab edir ki, Haaqa məhkəməsinin müvəqqəti qərarı ilə Laçın dəhlizi ilə maneəsiz hərəkət təmin olunmalıdır.

"Bakı BMT Məhkəməsinin müvəqqəti qərarlarını icra etmir. Biz məhkəmə qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə məlumat vermişik", - deyə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan ölkənin İctimai televiziyasına müsahibəsində bildirib.