“Biz Azərbaycanla sülh müqaviləsinin 2 maddəsini razılaşdırdıq”
https://parstoday.ir/azeri/news/azerbaijan-i134-biz_azərbaycanla_sülh_müqaviləsinin_2_maddəsini_razılaşdırdıq
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqton danışıqlarının təfərrüatlarını təqdim edib.
(last modified 2023-05-23T12:04:19+00:00 )
May 23, 2023 14:39 Asia/Baku
  • “Biz Azərbaycanla sülh müqaviləsinin 2 maddəsini razılaşdırdıq”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqton danışıqlarının təfərrüatlarını təqdim edib.

Armen-Press xəbər verir ki, Mirzoyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, o mənada ki, sülh müqaviləsi layihəsinin daha iki maddəsi üzrə razılığa gəlmək mümkün olub, lakin bir neçə məsələ üzrə razılaşmaq mümkün olmayıb.

Onun sözlərinə görə, tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğu mövzular var.

Mirzoyan həmçinin Ermənistanın Cənubi Qafqazda uzunmüddətli, sabit və ləyaqətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.