Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Paşinyan: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir
Ermənistanın baş naziri bəyan edib ki, Azərbaycanın Dağlıq Qarabağın da daxil olduğu 86,6 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır.
Ermənistanın dövlət başçısı eyni zamanda qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Bakı-Xankəndi dialoqu vasitəsilə müzakirə edilməlidir.
Paşinyan deyib: “86,6 min kvadrat kilometrə Dağlıq Qarabağ da daxildir.
Onun sözlərinə görə, Ermənistandakı hökumətlərin hamısı keçmişdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
“Fikrimizcə, Azərbaycan Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazırdır”, - deyə Nikol Paşinyan əlavə edib ki, Ermənistan tərəfi Qarabağ erməniləri ilə Azərbaycan arasında danışıqlar üçün beynəlxalq təminatların yaradılmasını vacib hesab edir.
Mayın əvvəlində Brüsseldə keçirilən danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev 1991-ci il Almatı Bəyannaməsinə əsasən müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiqləyiblər.
Paşinyan bu barədə qeyd edib: “Azərbaycanın 86,6 min km2 ərazi bütövlüyünə anklavlar da daxildir. Bu, siyasi mövqedir, lakin məsələnin hüquqi hissəsi hələ də araşdırılmalıdır”.