Peskov danışıqların səmər verdiyini bildirir
Yaxın gələcəkdə sülh sazişinin imzalanması mümkündür
May 28, 2023 14:34 Asia/Baku
Kremlin sözçüsü bildirib ki, yaxın gələcəkdə İrəvanla Bakı arasında sülh sazişinin imzalanması mümkün görünür.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Mövcud şərait Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanmasının yaxın gələcəkdə mümkün olduğunu gözləməyə imkan verir, lakin əsas məsələ zaman deyil, bütün məsələlərin yekun həllidir”.
TASS Xəbər Agentliyinin verdiyi məlumata görə, o qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan nümayəndələri gələn həftənin sonunda Moskvada görüşərək tərəflər arasında problemləri müzakirə edəcəklər.
Teqlər