Paşinyan: Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıyırıq
https://parstoday.ir/azeri/news/azerbaijan-i48-paşinyan_azərbaycanın_86_600_kvadrat_kilometr_ərazisini_tanıyırıq
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın "ərazi bütövlüyünü" 86,6 min kvadrat kilometr civarında tanıdığını bəyan edib.
(last modified 2023-05-20T09:33:02+00:00 )
May 18, 2023 19:12 Asia/Baku
  • Paşinyan: Azərbaycanın 86 600 kvadrat kilometr ərazisini tanıyırıq

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın "ərazi bütövlüyünü" 86,6 min kvadrat kilometr civarında tanıdığını bəyan edib.

 

 Bu barədə o, Avropa Şurasının sammitində çıxışı zamanı bildirib.

Azərbaycanla münasibətlərin normallaşmasına toxunan baş nazir Avropa Şurasının rəhbəri Şarl Mişelin bu yaxınlarda verdiyi bəyanatı xatırladaraq deyib: “Ermənistanın Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrini, Azərbaycanın Ermənistan ərazisinin 29,8 min kvadrat kilometrini tanıdığını vurğuladıq”.

Qeyd edək ki, İrəvan Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı üçün beynəlxalq vasitəçilərin iştirakı ilə Bakı və Qarabağ arasında birbaşa dialoq tələb edir.