Rəsmi Bakı sınağa çəkilir
Azərbaycan hakimiyyəti kimin yanındadır: Qaniçən rejimin yoxsa qardaş ölkənin? -TƏHLİL
SOCAR-ın yaxın adamı, Azərbaycan-İran əlaqələrinin düşməni sayılan amerikalı professor çətin günlərində xunta rejimin unutmadığına görə AZAL Dövlət Hava Yolları Şirkətini alqışlayıb.
İranı etnik əsasda parçalamaq üçün respet yazaraq 2022-ci ilin noyabr ayı Araz çayının sahilində peyda olan və Azərbaycan-İsrail arasında körpü rolunu oynayan Brenda Şaffer X sosial şəbəkəsindəki paylaşımında AZAL şirkətini tərifləyərək yazıb: “Azərbaycan milli aviadaşıyıcısı AZAL bu təhlükəsizlik böhranı zamanı İsrailə müntəzəm uçuşlar həyata keçirən yeganə xarici aviaşirkətlərdən biridir. Bəzi günlər azı iki uçuş həyata keçirir”.
Qeyd edək ki, Brenda Şaffer ABŞ-da Demokratiyanın Müdafiəsi Fondunun (FDD) əməkdaşıdır. Həmin bu fond Donald Tramp vəzifəyə gəldikdən sonra anti-İran düşüncə mərkəzlərindən birinə çevrildi.
Amerikanın xarici siyasəti sahəsində məşğul olan bu beyin mərkəzi özünü İrana qarşı amansız sanksiyaların və ölkə iqtisadiyyatının dağıdılmasının memarı hesab edir.
Xanım Brenda Şaffer orada həmçinin Azərbaycan Respublikasının Amerikadakı lobbiçilərindən biri hesab olunur. Onun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji müşaviri vəzifəsini daşıdığı da güman edilir və deyilənlərə görə SOCAR-dan məvacib alır. Bundan əlavə Şaffer vaxtilə İsraildə təhsil alıb və bu rejim ordusunun əks-kəşfiyyat təşkilatında fəaliyyət göstərib.
Digər tərəfdən onun Azərbaycanda dindarlara qarşı repressiyada da izi olduğu barədə söz-söhbət var. Şaffer bu ilin aprel ayı “X” sosial şəbəkəsindəki paylaşımında dindarları casusluqda ittiham edib və onların həbsə alınmasını müdafiə edib.
“Azərbaycan İranla əlaqəsi olan radikal islamçılara bu ölkədən vəsait əldə etməsinə və onların məscidlərdə fəaliyyət göstərmələrinə icazə vermir”, - deyə sionist – yəhudi Şaffer vurğulayıb.
SOCAR-ın əməkdaşı sonda Azərbaycanın şiə əhalisinə beləcə meydan oxuyub: “Azərbaycan müsəlman dünyasının ən böyük yəhudi icmasının, eləcə də xristian icmalarının evidir”.
Hazırkı şəraitdə qardaş Türkiyənin İsraili sıxışdırmaq üçün atdığı addımardan məyus olan Şaffer Azərbaycana cinayətkar rejimlə əlaqələrini gücləndirməyi və hərbi yüklərin daşınmasına fasilə verməməsini məsləhət görür. Bəs görəsən Bakı yaranmış böhranda kimin yanında olacaq: İşğalçı rejimin yoxsa qardaş Türkiyənin və İran İslam Respublikasının? Təbii ki, rəsmi Bakı bu ölüm-dirim mücadiləsində müsəlman dünyasının yanında olmalı və ilk olaraq qaniçən rejimin hərb maşınına qara qızılın tədarükünü dayandırmalıdır, əks-təqdirdə təkəbbürlü rejim daha çox qan tökəcək, ona yardım edən ölkələr isə dünya xalqlarının gözündə “cinayətlərdə ortaq” damağası ilə üzləşəcəklər.
Amma Türkiyə nə etməlidir: Türkiyə Təl-Əviv Səfirliyində bayrağının təhqir edilməsinə cavab olaraq öz tarixi qərarını verməlidir. Ərdoğan hökuməti müsəlmanların qəlbini fəth etmək və İslam təəssübkeşliyini sübut etmək istəyirsə, konkret bu addımları atmalıdır:
Ceyhan limanı vasitəsilə Azərbaycan neftinin İsrailə daşınmasının qarşısını almalıdır;
Öz hava məkanını İsraildən Azərbaycana silah daşıyan və müsəlman aləminin boykot çağırışlarına məhəl qoymayan AZAL təyyarələrinin, eləcə də İsrail təyyarələrinin üzünə bağlamalıdır.