Ermənistan sülh sazişini imzalamaq üçün Azərbaycana çağırış edib
(last modified Tue, 08 Oct 2024 10:18:55 GMT )
Okt 08, 2024 14:18 Asia/Baku
  • Ermənistan sülh sazişini imzalamaq üçün  Azərbaycana çağırış edib

Ermənistan noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan 29-cu BMT İqlim Konfransı "COP29"dan əvvəl Azərbaycan Respublikasını sülh sazişini imzalamağa dəvət edib.

 

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan ölkəsinin “Armenian Press” xəbər agentliyinə müsahibəsində qeyd edib ki, İrəvan BMT-nin iqlim konfransının Bakıda keçirilməsi qərarını tərəflər arasında etimadın yaradılması və regionda sülhün bərqərar olması üçün vasitə kimi qiymətləndirir və dəstəkləyir. 

O, Ermənistanın bu sülh sazişini imzalamağa tam hazır olduğunu da vurğulayıb. 

O, həmçinin qeyd edib ki, bir çox siyasi analitiklər hazırkı vəziyyəti nəzərə alaraq, hər hansı mənfi nəticələrin qarşısını almaq üçün BMT-nin iqlim konfransına qədər sülh sazişinin müddəalarını imzalamağı zəruri hesab edir. 

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Sülh sazişi imzalanmasa, Bakıya gedən liderlər istər-istəməz gələcək müharibə qızışdırıcılarına çevrilə bilərlər.