İrəvanın Bakıya qarşı Qərb ölkələrində ümumi rəy yaratmaq cəhdləri
(last modified Sun, 09 Jul 2023 12:16:42 GMT )
İyul 09, 2023 16:16 Asia/Baku
  • İrəvanın Bakıya qarşı Qərb ölkələrində ümumi rəy yaratmaq cəhdləri

İrəvan hökumət rəsmilərinin son aylarda Qərbin “İlham Əliyev” hakimiyyətinə qarşı konsensus əldə etmək üçün göstərdiyi cəhdlər nəticə verib. İlham Əliyevin hökumət rəsmiləri tərəfindən Laçın dəhlizinin bağlanmasından sonra Ermənistan rəsmiləri Qərb hökumətləri və Amerika müttəfiqləri ilə məsləhətləşib.

Bununla əlaqədar olaraq, Avropa Şurasının nümayəndə heyəti Laçın dəhlizi kimi tanınan Dağlıq Qarabağ-Ermənistan yolunun girişinə baş çəkib. Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə səfəri zamanı gürcüstanlı həmkarı İrakli Qribaşvili ilə görüşüb.“Paşinyan” Facebook sosial şəbəkəsində Tbilisiyə işgüzar səfərini elan edərkən belə bir mesaj dərc edib : “Mən gürcü həmkarımla təkbətək söhbət etmişəm və bundan sonra münasibətləri genişləndirmək məqsədi ilə danışıqları davam etdirəcəyik”.

Aran Radiosunun məlumatına görə,Bundan əvvəl Ermənistan hakimiyyəti Almaniya, Fransa və Amerika hökumətlərinin nümayəndələri ilə Qarabağda insan haqlarının pozulması problemlərini müzakirə etmişdi. Hər halda, İrəvan hökumət rəsmilərinin son aylardakı danışıqlarının nəticəsi bu yaxınlarda Avropa Şurası nümayəndə heyətinin Laçın dəhlizinə səfəri oldu.Bu kontekstdə Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi “Arman Xaçaturyan” şəxsi tvitində yazıb: “Bu şuranın yüksək rütbəli nümayəndə heyəti Azərbaycan Respublikası hərbçiləri tərəfindən işğal edilmiş Laçın dəhlizinin girişinə baş çəkib. "Bu erməni rəsmi öz tvitində Qarabağda insan hüquqları məsələsi və ermənilərin blokadaya alınmasına toxunaraq vurğulayıb: “Azərbaycan Respublikası Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Parlament Assambleyasının son qətnaməsinə əsasən Laçın dəhlizində sərbəst və təhlükəsiz nəqliyyatı təmin etməlidir." 

Qarabağ ətrafında tərəflər arasında mövcud gərginlik  elə bir halda davam edir ki, Bakı və İrəvan  Qarabağ sülh sazişinin imzalanması ilə bağlı danışıqlar aparırlar. Azərbaycan Respublikası və Ermənistanın yüksək rütbəli rəsmiləri Qarabağ sülh sazişinin tezliklə imzalanmasında israr etsələr də, bu münaqişə tərəfləri arasında həll olunmamış çoxlu məsələlər var. Bu kontekstdə Ermənistanın siyasi məsələləri üzrə ekspert Hrant Mikayilyan hesab edir:“İlham Əliyevin hakimiyyət nümayəndələri yalnız öz istədikləri mövzuları o cümlədən zəngəzəur dəhlizini danışıqların gündəliyinə salmaqda maraqlıdırlar”.

Bu arada Ermənistan hakimiyyəti dəfələrlə bu dəhlizlə bağlı heç bir ölkə ilə danışıqlara hazır olmadıqlarını vurğulayıb. İlham Əliyev hakimiyyətinin Ermənistan hakimiyyətinə təzyiqləri Amerika hakimiyyətinin bu təzyiqlərə reaksiya göstərməsinə səbəb olmuşdur.ABŞ rəsmiləri bildirirlər rəsmi Bakı Qarabağla bağlı ikitərəfli sülh danışıqlarının gündəliyinə kənar məsələləri daxil etməsinlər.