İranın suveren hüquqları müzakirə edilə bilməz_Xarici işlər naziri
2025-ci il Oktyabrın 18-də Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddətinin başa çatmasına toxunan İran XİN rəhbəri vurğulayıb ki, İranın suveren hüquqları müzakirə edilə bilməz və İslam Respublikası heç bir təzyiqə məruz qalmayacaq.
Seyid Abbas Əraqçinin mesajında deyib ki, bu yaxınlarda Kampalada keçirilən Qoşulmama Hərəkatının nazirlər toplantısında 120-dən çox ölkə bu faktı tanımaq üçün İrana qoşuldu.
Aran radiosu bu barədə İran tele-radio xəbər agentiliyinə istinadla xəbər verir.
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi , 18-oktyabr başa çatır və beləliklə, Təhlükəsizlik Şurasının İrana qarşı bütün əvvəlki məhdudiyyətləri sona çatacaq və İran Şuranın gündəliyindən çıxarılacaq.-deyə əraqçı bildirib.
Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayan İran bundan sonra yalnız bu müqavilə üzrə öz hüquq və öhdəliklərinə əməl edəcək.
Bu öhdəlik İranın nüvə proqramının əhatə dairəsi ilə bağlı heç bir məhdudiyyətin olmamasını ehtiva edir və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq yalnız Hərtərəfli Təminatlar Sazişi çərçivəsində və İslam Şurası Məclisinin təsdiq etdiyi son qanuna uyğun olaraq həyata keçiriləcək.
Bir neçə təcrid olunmuş dövlətin həyata keçirdiyi qanunsuz hərəkətlər ölkələrin böyük əksəriyyəti tərəfindən rədd edilmişdir. Reallığı təhrif etməkdə israrlı olanlar indiki yoluna davam etdikcə daha da təcrid olunacaqlar.
İranın suveren hüquqları müzakirə olunmur və siyasi təzyiqə məruz qalmayacaq. Dünya qanunla idarə olunmalıdır, güc və məcburiyyət yox.-Iran XIN-nin rəhbəri bildirib.