Araqçi: Dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququmuzdan geri çəkilməyəcəyik
Xarici işlər naziri Rusiyanın MGİMO Universitetində tələbələrlə sual-cavab zamanı deyib ki, İran iki prinsip üzərində qəti mövqedədir. Birinci prinsip İranın nüvə proqramının tamamilə dinc xarakter daşımasıdır. O vurğulayıb: İran heç vaxt nüvə silahının əldə edilməsinin tərəfdarı olmayıb və olmayacaq. Bu məsələyə dair Ali Rəhbərin fətvası mövcuddur və həmin fətvada nüvə silahının istehsalı, saxlanılması və istifadəsi haram elan edilib. İkinci prinsip isə İranın dinc məqsədlərlə nüvə enerjisindən
Əraqçi bildirib: İran və Rusiya arasında əməkdaşlığın mühüm sahələrindən biri enerji sektorudur və bu əməkdaşlıq həm neft, həm də qaz sahəsini əhatə edir. Onun sözlərinə görə, hər iki ölkə bu sahədə ABŞ və Qərb ölkələrinin qeyri-qanuni sanksiyalarına məruz qalıb. Nazir qeyd edib ki, bu sanksiyalarla mübarizə aparmaq, həmçinin qaz və neftin nəqli və eləcə neftin satışı sahələrində əməkdaşlığın yolları ilə bağlı tərəflər arasında müxtəlif təşəbbüslər və layihələr həyata keçirilir. O əlavə edib ki, detallarına varmadan demək olar ki, əməkdaşlıq geniş miqyaslıdır və bir sıra mühüm layihələr icra olunur. Bu layihələr neftin satışı, qazın nəqli və qaz mübadiləsi sahələrini əhatə edir. Əraqçi həmçinin bildirib ki, Rusiya qazının daxili istehlak məqsədilə İrana nəqli də gündəmdədir və qaz mübadiləsi istiqamətində işlər aparılır.
Nazir qeyd edib: İran və Rusiya müxtəlif sahələrdə əməkdaşlıq etsə də, əməkdaşlığın əsas hissəsi siyasi və iqtisadi sahələri əhatə edir, mədəni sahədə isə işlər yetərli deyil. O vurğulayıb ki, bu məsələ ilə bağlı sual verən tələbələrin fikirləri haqlıdır. Əraqçinin sözlərinə görə, münasibətlərin mədəni ölçüsü genişləndirilməli, iki ölkənin xalqları, universitetləri və tələbələri bir-birini daha yaxından tanımalıdır. Bu prosesin gediş-gəlişlər və elmi mübadilələr vasitəsilə mümkün olduğunu bildirən nazir qeyd edib: Bu istiqamətdə planlaşdırma aparılacaq və Xarici İşlər Nazirliyində Beynəlxalq Münasibətlər Fakültəsinin həmin universitetlə əməkdaşlığı başlanğıc nöqtəsi kimi nəzərdə tutulur.