Asayiş keşikçisi şəhidləri Behişt-Zəhra (s) xiyabanında dəfn olundu
https://parstoday.ir/azeri/news/iran-i13584-asayiş_keşikçisi_şəhidləri_behişt_zəhra_(s)_xiyabanında_dəfn_olundu
 Asayiş keşikçisi şəhidlərinin cəsədləri, Tehranın Behişt-Zəhra (s) şəhidlər xiyabanının 42-ci hissəsində, xalqın böyük izdihamı və şəhidlərin ailələrinin iştirakı ilə torpağa tapşırıldı.
(last modified 2026-01-17T02:10:12+00:00 )
Yan 15, 2026 07:38 Asia/Baku
  • Asayiş keşikçisi şəhidləri Behişt-Zəhra (s) xiyabanında dəfn olundu

 Asayiş keşikçisi şəhidlərinin cəsədləri, Tehranın Behişt-Zəhra (s) şəhidlər xiyabanının 42-ci hissəsində, xalqın böyük izdihamı və şəhidlərin ailələrinin iştirakı ilə torpağa tapşırıldı.

 

Tehranın Asayiş keşikçisi şəhidlərinin torpağa tapşırılması mərasimi, 15 yanvar 2026-cı il, bazar ertəsi günü, Behişt-Zəhra (s) şəhidlər xiyabanının 42-ci hissəsində keçirildi. Bu mərasim, İran xalqının birliyini və milli təhlükəsizliyə, İslam İnqilabının dəyərlərinə qarşı müdafiədə qətiyyətini simvolizə edirdi.

Bu zaman ailələr, gözlərindən yaşlar axarkən, əllərini qəlblərinin üzərinə qoyub, düşmənlərin güllələrinə qarşı sinələrini sipər edən övladlarının qəhrəmalıqlarını yad etdilər. Bu mərasimdəki göz yaşlar, zəiflik əlaməti deyil, əksinə, İmam Xamenei ilə yenidən həmrəylik, həmdərdlik və əhd bağlamağın işarəsi idi.