Əraqçi: İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib
Ölkəmizin xarici işlər naziri İran və ABŞ arasında dolayı danışıqların üçüncü mərhələsinin yaxşı irəlilədiyini bildirib.
İran İslam Respublikasının xarici işlər naziri seyid Abbas Əraqçi İran-ABŞ danışıqlarının üçüncü raundundan sonra müzakirələrin yaxşı irəliləyişlə nəticələndiyini bildirib və əlavə edib ki, müvafiq paytaxtlarla məsləhətləşmələrdən sonra dördüncü raund gələn həftə keçiriləcək.
Bunu ölkəmizin XİN-i İran Tele-radio xəbər agentliyinin jurnalistinə açıqlayıb.
Onun sözlərinə görə, müəyyən mövzularda qarşılıqlı anlaşma olsa da, bəzi məsələlərdə fikir ayrılıqları qalmaqdadır. "Biz bəzi əsas məsələlərdə razılaşmaya yaxınlaşdıq."
Əraqçi qeyd edib ki, sonuncu raund nüvə danışıqlarının ən ciddi raundlarından biri olub: "Bazar ertəsi Vyanada texniki müzakirələrə başlamaq planlaşdırılıb, bir həftədən az müddətdə danışıqların yeni raundu keçiriləcək. Biz sanksiyaların aradan qaldırılması ilə bağlı tələblərimizi aydın şəkildə çatdırmışıq".