Qalibaf: ABŞ anlaşma memorandumunun şərtlərini yerinə yetirməlidir
https://parstoday.ir/azeri/news/iran-i14182-qalibaf_abŞ_anlaşma_memorandumunun_şərtlərini_yerinə_yetirməlidir
İran İslam Şurası Məclisinin sədri Qətərin Baş naziri ilə görüşündə bildirib: «İrana qarşı iqtisadi mühasirə planı nəticəsiz qalacaq. İslamabad anlaşma memorandumuna əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olan tərəf məhz ABŞ-dır
(last modified 2026-08-28T05:27:50+00:00 )
Avq 28, 2026 09:24 Asia/Baku
  • Qalibaf: ABŞ anlaşma memorandumunun şərtlərini yerinə yetirməlidir

İran İslam Şurası Məclisinin sədri Qətərin Baş naziri ilə görüşündə bildirib: «İrana qarşı iqtisadi mühasirə planı nəticəsiz qalacaq. İslamabad anlaşma memorandumuna əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olan tərəf məhz ABŞ-dır

PARS TODAY-ın məlumatına görə, cümə axşamı Tehrana səfər edən Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani dünən axşam İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb və danışıqlar aparıb.

Qalibaf görüş zamanı ABŞ-ın Qətərin də vasitəçilərindən biri olduğu İslamabad anlaşma memorandumunun icrasında verdiyi vədlərə əməl etməməsi hallarına toxunaraq bildirib: «Tramp administrasiyası yanlış məlumatlar əsasında yanlış qərarlar qəbul edir. Belə səhv hesablamalarla nəinki ABŞ-ın özünün maliyyə, hərbi və insan resurslarını, eləcə də regionun gələcəyini məhv edir, həm də İran xalqının maraqlarını hədəfə alır və regionda uzunmüddətli təhlükəsizliyin pozulmasına səbəb olur.»

O, bu düşmənçiliyin yeni nümunəsi kimi İrana qarşı iqtisadi mühasirə planının hazırlanmasını göstərərək əlavə edib: «Bu Amerika planı da nəticəsiz qalacaq və İran xalqı öz hüquqlarını ləyaqətlə geri alacaq. İslamabad anlaşma memorandumuna əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olan tərəf ABŞ-dır.»

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani isə görüşdə İran və Oman arasında Hörmüz boğazında dəniz hərəkəti məsələsində əldə olunmuş anlaşmanı alqışlayaraq bildirib: «Hazırda davam edən diplomatik proseslər regionda sabitliyin bərpasına kömək edə bilər.»

 

Qətərin Baş naziri ölkəsinin regionda sabitliyin bərpası üçün həll yollarının irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.