Hörmüz boğazında icazəsiz hərəkət edən gəmilər hədəfə alınacaq
https://parstoday.ir/azeri/news/iran-i14314-hörmüz_boğazında_icazəsiz_hərəkət_edən_gəmilər_hədəfə_alınacaq
SEPAH-ın Dəniz Qüvvələri bəyanat yayaraq bildirib ki, ABŞ ordusunun İranın üç neft tankerinə hücumundan sonra Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən üç tanker və ABŞ-la əlaqəli üç gəmi hədəfə alınıb. Bəyanatda Fars körfəzi və Hörmüz boğazı yaxınlığında fəaliyyət göstərən bütün gəmilərə xəbərdarlıq edilərək, icazəsiz su yollarından keçmək cəhdlərinin hədəfə alınacağı bildirilib.
(last modified 2026-09-06T08:31:13+00:00 )
Sen 06, 2026 12:28 Asia/Baku
  •  Hörmüz boğazında icazəsiz hərəkət edən gəmilər hədəfə alınacaq

SEPAH-ın Dəniz Qüvvələri bəyanat yayaraq bildirib ki, ABŞ ordusunun İranın üç neft tankerinə hücumundan sonra Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən üç tanker və ABŞ-la əlaqəli üç gəmi hədəfə alınıb. Bəyanatda Fars körfəzi və Hörmüz boğazı yaxınlığında fəaliyyət göstərən bütün gəmilərə xəbərdarlıq edilərək, icazəsiz su yollarından keçmək cəhdlərinin hədəfə alınacağı bildirilib.

 

“Qəhrəman və ayağa qalxmış əziz İran xalqı! Bu səhər terrorçu və təcavüzkar Amerika ordusu Hörmüz boğazının bağlanmasının qarşısını almaqda aciz qalaraq, vəhşicəsinə həyata keçirdiyi bir addımla İran İslam Respublikasına məxsus üç neft tankerinə hücum edib və nəticədə ziyan dəyib.

 

SEPAH-ın Dəniz Qüvvələrinin döyüşçüləri ilahi qüdrətə arxalanaraq, sizin, cəsur xalqın dəstəyi və arxa-dayağı ilə Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən üç neft tankerini, eləcə də uşaq qatili Amerikaya bağlı üç gəmini digər ərazilərdə hədəfə alıblar.

 

SEPAH-ın Dəniz Qüvvələri bu addımdan sonra Fars körfəzində və Hörmüz boğazının yaxınlığında olan bütün gəmilərə qəti xəbərdarlıq edir: Terrorçu Amerika ordusunun hiyləsinə aldanmayın və icazəsiz su yollarından keçmək məqsədilə hər hansı şübhəli hərəkətdən çəkinin. Əks təqdirdə, hədəfə alınacaqsınız.”