Suriyadakı iranlı qüvvələrin hədəfə alınmalarına cavab verəcəyik
(last modified Sun, 19 Nov 2023 10:04:55 GMT )
Noy 19, 2023 14:04 Asia/Baku
  • Suriyadakı iranlı qüvvələrin hədəfə alınmalarına cavab verəcəyik

Suriyadakı iranlı qüvvələrin hər hansı şəkildə hədəfə alınmalarına kəskin şəkildə cavab verəcəyik. Bunu İran xarici işlər naziri xəbərdarlıqla bildirib.

 

Cenevrədə «Faynenşel Tayms» qəzetinə müsahibə verən Hüseyn Əmir-Abdullahiyan Suriyadakı iranlı qüvvələrin Amerika tərəfindən hər hansı şəkildə hədəfə alınmaları barədəki sualın cavabında belə vurğulayıb: İxtiyarımızda olan xəbərlərə əsasən, iranlı qüvvələrdən heç kəs hədəfə alınmayıb və əlbəttə, əgər belə bir hadisə baş verərsə, İranın cavabı sərt olacaq.

«Sizcə, İran İslam Respublikası Qəzzə barədə Amerika ilə birbaşa danışıqlara girməyə maraqlıdırmı?» sualını Əmir-Abdullahiyan belə cavablandırıb: Qəzzə məsələsi fələstinli qruplara aid olan bir mövzudur və onlar bu macəranın əsas tərəfidirlər. Buna görə də ümumiyyətlə, İran və Amerikanın Qəzzə hadisələri barədə birbaşa danışıqlara girmələrini demək istəsək, bəlkə də çox dəqiq bir sual olmasın.

İran xarici işlər naziri əlavə edib: Amerikanın və işğalçı İsrail rejiminin regiondakı yanaşmaları ilə Qəzzə və qərb sahili sakinlərinə qarşı hərbi cinayətlərin dayandırılmaması təqdirində, hər bir ehtimal təsəvvür olunur və müharibə miqyasının genişlənməsi qaçılmaz ola bilər.

«Sizcə, Amerikanın/ «Hizbullah İsraillə daha geniş müharibəyə girməsin» mesajının təsiri oldumu?» sualına İran xarici işlər naziri belə cavab verib: Hizbullah bu gün İsrail rejimi ilə müharibənin bir mərhələsinə daxil olub və qarşıdakı saat və günlərdə Hizbullah-ın hansı addımları atacağı və hansı digər etapları təqib edəcəyi Amerikanın ona olan mesajından deyil, Hizbullah-ın öz qərarından asılıdır.

Teqlər