-
Bəqayi: İran regionda əməkdaşlığın gücləndirilməsi üçün heç bir səydən çəkinməyəcək
İyun 25, 2025 12:02İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Ərəb və İslam ölkələrinin İranla həmrəyliyini ifadə etdiklərinə və sionist rejimlə ABŞ-nin İranın ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüzlərini qətiyyətlə pislədiklərinə görə təşəkkür edib. O vurğulayıb ki, İran İslam Respublikası bölgə ölkələri arasında anlaşma və əməkdaşlığın gücləndirilməsi, daxili təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində heç bir səydən imtina etməyəcək.
-
İran İslam Şurası Məclisi hökumətin BAEA ilə əməkdaşlığını dayandırmasını təsdiqlədi
İyun 25, 2025 12:00İran İslam Şurası Məclisinin deputatları bu gün, 2025-ci il iyunun 26-da keçirilən açıq iclasda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın dayandırılması barədə hökumətə öhdəlik qoyan qanun layihəsinin ümumi və detallı bəndlərini təsdiq etdilər.
-
Prezident Pəzeşkiyan: Düşmən ağır və tarixi bir cəzaya məruz qaldı.
İyun 25, 2025 11:52Prezidenti Məsud Pezeşkiyandan İran xalqına müraciət: Bu tarixi qələbənin bütün şərəfi böyük və sivilizasiyaya sahib İran xalqına aiddir
-
Moskva: Rusiya İranı qəti şəkildə dəstəkləyir
İyun 25, 2025 11:28Sergey Lavrov, Rusiyanın xarici işlər naziri, bu gün İran ilə İsrail arasında atəşkəsin qəbul edilməsini alqışlayaraq deyib: “Amma davamlı atəşkəsin qalacağını demək çətindir.”
-
Səhiyyə naziri məlumat verdi: Sionist rejimin hücumlarında 606 nəfər şəhid olub / Son 24 saatda 107 şəhid
İyun 25, 2025 11:23İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi bildirib ki, bu günədək təcavüzkar və uşaq qatili olan sionist rejimin hücumları nəticəsində ölkə ərazisində 606 nəfər şəhid olub. Şəhidlərin 95 faizi hücum anında və dağıntılar altında həyatını itirib, digərləri isə xəstəxanaya çatdırıldıqdan sonra ağır yaralara tab gətirməyərək şəhid olublar.
-
Əraqçi: İranın Əl-Üdeyd bazasına hücumu qanuni müdafiə haqqı çərçivəsində həyata keçirilib
İyun 25, 2025 11:22İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin baş naziri və xarici işlər naziri ilə telefon danışığında bildirib ki, İranın Qətərdə yerləşən ABŞ-nin Əl-Üdeyd hərbi bazasına qarşı həyata keçirdiyi raket əməliyyatı, ABŞ-nin İrana qarşı hərbi təcavüzünə qanuni müdafiə çərçivəsində verilmiş cavab olub və bu heç bir halda Qətərə qarşı yönəlmiş bir hərəkət kimi qəbul edilməməlidir.
-
Prezident Pezeşkiyanın Qətər Dövləti və Millətinə həmrəylik mesajı / Şeyx Təmim iki ölkə arasında əlaqələrin genişlənməsinə təkid etdi
Noy 29, -0001 23:34İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan bu gün Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığında İranın Qətərlə konstruktiv, dostcasına və qardaşcasına münasibətləri genişləndirmək əzmini vurğulayaraq, baş verən son hadisələr fonunda Qətər dövləti və xalqı ilə səmimi həmrəylik nümayiş etdirib.
-
Bəqayi: İranın müdafiə addımı dost və qonşu ölkə Qətərə qarşı qiymətləndirilməməlidir
İyun 25, 2025 11:16Xarici İşlər Nazirliyinin sözçüsü İranın müdafiə hərəkətinin dost və qonşu ölkə Qətərə qarşı qiymətləndirilməməsinin lazım olduğunu vurğulayıb və deyib: İran Qətər və digər qonşu ölkələrlə həmişə mehriban qonşuluq prinsipinə sadiqdir.
-
Sionist düşmənə müharibənin dayandırılmasını qəbul etdirməklə bağlı İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin bəyanatı
İyun 24, 2025 10:46Ali Təhlükəsizlik Şurasının Katibliyi tərəfindən, sionist düşmənə və onun şər tərəfdarlarına müharibənin dayandırılmasının qəbul etdirilməsi ilə bağlı bəyanat yayımlandı.
-
Netanyahunun ifşa etdiyi sirr
İyun 24, 2025 10:45Ötən cümə günü sionist rejimin baş naziri Benyamin Netanyahu və bu rejimin müdafiə naziri İsrail Kats sionist rejimin ordusunun əsgərləri ilə görüşərək onların ruh yüksəkliyini artırmağa çalışıblar. Lakin bu görüşlər zamanı sionist rejimin gizlətməyə çalışdığı bir sirr ifşa olundu.